"Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı - 2023" layihəsi uğurla başa çatıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyi tərəfindən birgə həyata keçirilən "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı - 2023" layihəsi uğurla başa çatıb. Layihənin məqsədi kəndlərdə sahibkarlığın və turizmin inkişafını dəstəkləmək, məşğulluq imkanlarını artırmaq və regionların iqtisadi inkişafına töhfə verməkdir.
Layihə çərçivəsində Gəncə və Göygöl şəhərlərindən seçilən şəxslər turizm sahəsində sahibkarlıq fəaliyyətinə başlaması üçün KOBİA və Dövlət Turizm Agentliyi tərəfindən biznes planın hazırlanması, mühasibatlıq, qonaq evlərinin idarə edilməsi, “Booking.com” və “Airbnb.com” platformalarından qonaq qəbulu üzrə təlimlərə cəlb ediliblər.
Təlimləri uğurla tamamlayan 15 layihə iştirakçısı Dövlət Məşğulluq Agentliyi tərəfindən “Aqroturizm” istiqaməti üzrə kənd qonaq evlərinin yaradılması üçün zəruri avadanlıqlarla təmin olunublar.
Powered by Froala Editor