“Startap” şəhadətnaməsi hansı meyarlar əsasında verilir? – MƏLUMATLANDIRMA

Mikro və kiçik sahibkarlara “Startap” şəhadətnaməsi Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması Meyarları”na əsasən verilir. “Startap” şəhadətnaməsinin verilməsi üçün əsas tələblər aşağıdakılardır: 

- məhsulun və ya xidmətin gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması;

- innovativ təşəbbüsə əsaslanması;

- mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;

- yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması;

- rəqabətqabiliyyətli olması;

- qısamüddətli perspektivdə yaradılan məhsula və ya xidmətə olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması;

- digər startap məhsulu və ya xidməti ilə eynilik təşkil etməməsi.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.



Powered by Froala Editor

22.04.2024, 08:34 129
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo