İyunun 2-də Misirdə İslam İnkişaf Bankı Qrupunun 47-ci İllik Toplantısı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini Badr Albadr ilə görüşüb.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanında biznes və investisiyaların gələcək perspektivlərinə, eləcə də əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Powered by Froala Editor