KOBİA və Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsi arasında görüş keçirilib

Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsi ilə görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. 

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (MONSHAAT) rəhbəri Sami İbrahim Əlhüseyni arasında görüş keçirilib. 

Görüşdə hər iki ölkənin KOB-ları və biznes şəbəkələri arasında əməkdaşlığın genişləndirilməsinə, ticarət əlaqələrinin inkişafında KOB subyektlərinin roluna, Azərbaycana investisiya qoyuluşu və bu sahədə KOBİA-nın xarici iş adamlarına göstərdiyi dəstəyə dair fikir mübadiləsi aparılıb. 

 

Powered by Froala Editor

12.04.2023, 12:11 123
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo