KOBİA və Moldovanın Ticarət və Sənaye Palatası görüşüb

Moldovanın Ticarət və Sənaye Palatası və KOBİA arasında keçirilmiş görüşdə hər iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafı istiqamətində əməkdaşlıq və bunun üçün birgə platformaların yaradılması imkanları nəzərdən keçirilib.

Moldovaya səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Kişinyov şəhərində Moldovanın Ticarət və Sənaye Palatasının prezidenti Sergiu Harea ilə görüşüb. 

Görüşdə hər iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafı və bu istiqamətdə birgə əməkdaşlıq platformalarının yaradılması imkanları nəzərdən keçirilib, KOB-ların iştirakı ilə birgə sərgilərin təşkili və dəstəklənməsinə, təlimlərə və məsləhət xidmətinin göstərilməsinə dair fikir mübadiləsi aparılıb.


 

Powered by Froala Editor

24.05.2023, 16:55 103
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo