Küveyt Dövlətinin Azərbaycandakı səfiri KOBİA-da olub

Küveyt Dövlətinin ölkəmizdəki səfiri ilə görüşdə KOBİA və Küveytin aidiyyəti qurumları və işgüzar dairələri arasında əməkdaşlıq imkanları müzakirə edilib.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauid arasında görüş keçirilib. 

Görüşdə Agentliyin fəaliyyətinə, KOB subyektlərinə göstərdiyi dəstək və xidmətlərə, yerli və xarici ölkələrin işgüzar dairələri arasında əməkdaşlığın qurulması və inkişafı istiqamətində KOBİA-nın dəstəyinə dair məlumat verilib, Agentliyin Küveytin müvafiq qurumları ilə əlaqələndirilməsinə və hər iki ölkənin KOB-ları arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 



Powered by Froala Editor

07.09.2023, 10:14 104
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo