KOBİA və GIZ arasında görüşdə KOB sahəsində birgə layihələr və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Sandra Şenke ilə görüşüb.
Görüşdə KOB sahəsində birgə layihələr, o cümlədən “Şərq Tərəfdaşlığı Ölkələrində kiçik və orta müəssisələrin rəqəmsal transformasiyası” Proqramı, GIZ və KOBİA-nın əlaqələndirici olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində görülən işlər, əməkdaşlıq imkanları müzakirə edilib. Vurğulanıb ki, 2023-cü ilin sonuna qədər Almaniya-Azərbaycan Birgə Proqramından 50-yə yaxın azərbaycanlı sahibkar və menecer faydalanacaq. Menecerlər iqtisadiyyatın innovativ sahələrini əhatə edən və müxtəlif qrupların iştirakını nəzərdə tutan proqramın yeni formatından razıdırlar. Görüşdə Almaniya-Azərbaycan Birgə Proqramının müddətinin uzadılması barədə də fikir mübadiləsi aparılıb.
Powered by Froala Editor