Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları”na əsasən sahibkarın mikro, kiçik, orta və iri sahibkar olduğu işçilərin orta siyahı sayı və illik gəliri əsasında müəyyən edilir. KOB subyektinin kateqoriyası bu meyarlardan hansı daha yüksəkdirsə ona əsasən təyin olunur. Məsələn, sahibkarlıq subyektinin işçilərinin sayı 5, illik gəliri isə 250 min manatdır. Burada işçilərin sayı mikro sahibkarlıq, illik gəlir isə kiçik sahibkarlığa uyğun gəlir. Bu halda illik gəlir əsas götürülməklə sahibkarlıq subyekti kiçik sahibkar hesab olunur.
Powered by Froala Editor