Azərbaycana səfəri çərçivəsində Şimali Kipr Türk Respublikasının Prezidentinin xanımı, Kipr Türk Sahibkar Qadınlar Dərnəyinin fəxri üzvü Sibel Tatar və heyəti “Bakı KOB evi”ndə olub.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və xanım Sibel Tatarın heyəti arasında keçirilən görüşdə KOBİA-nın sosial və qadın sahibkarlığına dəstək alətləri barədə məlumat verilib, mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Xanım Sibel Tatar və heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə də tanış olub.
Powered by Froala Editor