Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması, tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında Əsasnamə təsdiq edilib

Qərarla təsdiq edilən Əsasnamə ilə Koordinasiya Qrupunun səlahiyyətləri, hüquqları, tərkibi və fəaliyyətinin təşkili əsasları müəyyən edilir. Əsasnaməyə görə Koordinasiya Qrupu mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi, kiçik və orta biznes evlərində (bundan sonra - KOB evləri) Koordinasiya Qrupunda təmsil olunmuş dövlət orqanları (qurumları) ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Agentlik yanında yaradılmış dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən kollegial orqandır. Koordinasiya Qrupu Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq KOB evlərində xidmətlər göstərən dövlət orqanlarının (qurumlarının) həmin xidmətlər üzrə cavabdeh olan struktur bölmələrinin rəhbər şəxslərindən təşkil edilir.

Qərarın qəbulu ilə KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı Koordinasiya Qrupunda təmsil olunmuş dövlət orqanları (qurumları) ilə Agentlik arasında səmərəli əlaqələndirmənin həyata keçirilməsi və KOB evlərində təmsil olunmuş dövlət orqanının (qurumunun) nümayəndəsinin hərəkət və ya hərəkətsizliyi barədə sahibkarlıq subyektlərindən daxil olmuş şikayətlərə Koordinasiya Qrupunun iclaslarında operativ qaydada baxılması təmin ediləcəkdir.

O cümlədən, Qərarın qəbulu ilə Koordinasiya Qrupunun fəaliyyəti çərçivəsində mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün prioritet sahələrin və dəstək metodlarının müəyyənləşdirilməsi istiqamətində müvafiq təkliflərin hazırlanması, bu sahədə dəstək tədbirlərinin həyata keçirilməsinə yönəlmiş təşəbbüslərin irəli sürülməsi, habelə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi (xidmətlərin və ya xidmətin hər hansı prosedurunun sadələşdirilməsi və ya ləğvi) ilə əlaqədar müzakirələrin aparılması, bu istiqamətdə tövsiyələrin hazırlanması həyata keçiriləcəkdir.

https://nk.gov.az/en/senedler/qerarlar/azerbaycan-respublikasinin-kicik-ve-orta-biznesin-7709

Powered by Froala Editor

17.01.2024, 07:54 317
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo