“Beynəlxalq standartlaşma və Avropa bazarına ixrac imkanları”na dair seminar keçiriləcək

Seminarda sahibkarların Avropa bazarına ixrac imkanları və beynəlxalq bazarlara çıxışa dair sualları cavablandırılacaq. 

Fevralın 29-da, saat 09.30-da “Bakı KOB evi”ndə “Beynəlxalq standartlaşma və Avropa bazarına ixrac imkanları” mövzusunda məlumatlandırıcı seminar keçiriləcək. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə beynəlxalq standartlaşma və sertifikatlaşdırma sahəsində ixtisaslaşmış “TÜV Rheinland Akademiyası”nın ekspertləri tərəfindən Avropa bazarına ixracla bağlı cari vəziyyət və imkanlar, beynəlxalq bazarlara çıxışa dair tələblər barədə sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Tədbirin əsas dili ingilis dilidir. 

Seminarda iştirak etmək istəyən sahibkarlar KOBİA-ya müraciət edə bilərlər.

Telefon: (+994 12) 404 04 01 / (+994 55) 200 04 57)

Əlaqələndirici şəxs: Məlahət Kazımova.

 

Powered by Froala Editor

28.02.2024, 07:54 293
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo